Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə sektorunda müşahidə olunan canlanma kafe və restoranların dövriyyəsinə də əks olunub.
Bakıvaxtı.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxtın ümumi iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,7 % artaraq 864 milyon 262,5 min manata çatıb. Ən çox dövriyyə qeydə alınan rayon isə Səbail olub.
Səbail rayonu 294 milyon 355,4 min manatlıq göstərici ilə siyahıda liderdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 % artım deməkdir.
İkinci yerdə 127 milyon 786,3 min manatlıq dövriyyə ilə Nərimanov rayonu qərarlaşıb. Burada artım tempi daha yüksək - 31,5 % təşkil edib. İlk üçlüyü isə 90 milyon 862,7 min manatla Nəsimi rayonu tamamlayır (+0,6 %).
Növbəti yerlərdə Yasamal (85 milyon 420,7 min manat, +12,7 %), Xətai (71 milyon 006,4 min manat, +17 %), Nizami (50 milyon 874,8 min manat, +19,4 %), Binəqədi (43 milyon 795,3 min manat, +10,8 %), Xəzər (33 milyon 272,9 min manat, +6,6 %), Qaradağ (24 milyon 868,6 min manat, +19,4 %) və Sabunçu (22 milyon 768,8 min manat, +21,5 %) rayonları qərarlaşıb.
Ən aşağı dövriyyə göstəriciləri Suraxanı (14 milyon 730,3 min manat, -10,1 %) və Pirallahı (4 milyon 520,3 min manat, +24,6 %) rayonlarında qeydə alınıb.
Ümumilikdə, Bakı şəhərinin iaşə sektorunda dövriyyənin 57 %-i hüquqi şəxslərin, 43 %-i isə fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslərin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 11,3 % artaraq 496,7 milyon manat təşkil edib.
Bakıda kafe-restoran dövriyyəsinin rayonlar üzrə bölgüsü:
İaşə dövriyyəsinin dəyəri, min manat
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Bakı şəhəri - cəmi
864 262,5
115,7
o cümlədən rayonlar:
Binəqədi
43 795,3
110,8
Xətai
71 006,4
117,0
Xəzər
33 272,9
106,6
Qaradağ
24 868,6
119,4
Nərimanov
127 786,3
131,5
Nəsimi
90 862,7
100,6
Nizami
50 874,8
119,4
Pirallahı
4 520,3
124,6
Sabunçu
22 768,8
121,5
Səbail
294 355,4
117,7
Suraxanı
14 730,3
89,9
Yasamal
85 420,7
112,7
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.