AZ

Nənəsinin evində əxlaqsızlıq yuvası təşkil edən qadınla bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamada təqsirləndirilən Cəmilə Lətifovanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

7News.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Cəmilə Lətifova gəlir əldə etmək məqsədilə 2024-cü illərdə 2 qadını fahişəliyə cəlb edib və fahişəliklə məşğul olmaq üçün nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edib.

Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cəmilə Lətifova 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib.
Seçilən
29
6
7news.az

7Mənbələr