AZ

Miqrantlar elektron tətbiq vasitəsilə İZLƏNƏCƏK- BU ÖLKƏDƏ

Ajans.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "İnterfaks"a müsahibəsində deyib. Sergey Sobyaninin sözlərinə görə, Moskvanın icra qurumları miqrantların nəzarətdə saxlanılması məqsədilə "Moskva regionunda bir sıra eksperimentlərin aparılmasına" icazə alıblar. Moskva meri qeyd edib ki, bütün hava limanlarında miqrantların biometrik nəzarəti tətbiq olunub. Həmçinin Moskva ərazisində miqrantların bütün məlumatları daxil edilmiş "elektron kart" istifadəyə veriləcək.

"QR-kod vasitəsilə polis həmin şəxslə bağlı hər şeyi öyrənə bilər - nə vaxt gəlib, hansı müddətə, harada işləyir, miqrasiya pozuntusu var, ya yox. Əgər qırmızı işıq yanırsa, polisin onu saxlaması vacibdir. Yaşıldırsa, heç bir sual yaranmır", - deyə mer vurğulayıb.

Seçilən
39
16
Ajans.az

10Mənbələr