AZ

Bakıda orta aylıq əməkhaqqı 11 manat azalıb Paytaxtda ən çox və ən az qazanan kimlərdir?

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-may ayları ərzində Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat təşkil edib. 

"AzPolitika" xəbər verir ki. bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Son açıqlanan rəsmi göstəricilərə əsasən, orta aylıq əməkhaqqı yanvar-aprel ayları ilə müqayisədə 11 manat azalıb.

Bəs maraqlıdır, Bakı şəhərində ən yüksək və aşağı gəlirli işlər hansılardır?

Məlumat üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısına aid rəsmi statistik göstəricilər və əmək bazarındakı mövcud tendensiyalar göstərir ki, Bakıda əməkhaqqı sahələr üzrə əhəmiyyətli fərqliliklər mövcuddur. Xüsusilə, neft və qaz sektorunda çalışan mütəxəssislər, iri yerli və beynəlxalq şirkətlərdə yüksək vəzifələr tutan şəxslər, həmçinin informasiya texnologiyaları sahəsində ixtisaslaşmış mütəxəssislər digər sahələrlə müqayisədə daha yüksək gəlir əldə edirlər.

Ən yüksək maaşlar mədənçıxarma və enerji sənayesi sahəsindədir. SOCAR, BP və digər transmilli enerji şirkətlərində işləyən mühəndislər, texniki menecerlər və layihə rəhbərləri ayda təxminən 3800 manatdan 5000 manata qədər əməkhaqqı alırlar. Bu sahə həm texniki biliklər, həm də beynəlxalq standartlara uyğun bacarıq tələb etdiyindən, ödənişlər də yüksək səviyyədədir.

İkinci yüksək maaşlı sahə maliyyə və sığorta sektorudur. Bank menecerləri, mühasiblər, risk analitikləri və audit üzrə mütəxəssislər Bakıda ortalama 2600–2800 manat maaş alırlar.

İnformasiya texnologiyaları sahəsi də yüksək gəlir gətirən istiqamətlər sırasındadır. Proqramçılar, sistem administratorları, kibertəhlükəsizlik mütəxəssisləri və data analitikləri orta hesabla ayda 1800–2500 manat qazanırlar. Təcrübəli və ixtisaslaşmış IT mütəxəssisləri üçün isə bu rəqəm 3000–6000 manat arasında dəyişə bilər.

Bundan əlavə, beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə və iri özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışan şəxslər 5000–20000 manat arasında əmək haqqı ala bilirlər. Bu sahəyə BMT, Dünya Bankı, Avropa İttifaqı nümayəndəlikləri və ADA Universiteti kimi qurumlar daxildir. Belə vəzifələr yüksək ixtisas, xarici dil bilikləri və strateji idarəetmə bacarıqları tələb edir.

Telekommunikasiya və media sektoru da nisbətən yüksək maaşlı sahələrdəndir. Azercell, Bakcell, Nar və digər şirkətlərdə işləyən marketinq mütəxəssisləri, kommunikasiya menecerləri və strateji planlaşdırma üzrə rəhbərlər 1500–3000 manat arası maaş alırlar.

Əksinə, dövlət sektoru, təhsil, pərakəndə satış və iaşə sahələrində maaşlar xeyli aşağıdır. Müəllimlərin, dövlət qulluqçularının və satış sahəsində çalışan işçilərin aylıq gəliri əsasən 500–900 manat arasında dəyişir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
azpolitika.info

1Mənbələr