AZ

Ərdoğan Malazgirt zəfərinin 954-cü ildönümündə çıxış edib

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt Milli Parkında keçirilən Malazgirt zəfərinin 954-cü ildönümü mərasimində çıxış edib.

TurkicWorld xəbər verir ki, Ərdoğan çıxışında Türkiyənin 81 vilayətindəki bütün vətəndaşlara salam göndərib, İsrailin hücumları altında qalan Qəzza və Fələstinə həmrəylik mesajı çatdırıb.

Ərdoğan çıxışında Malazgirt zəfərinin türk-İslam dünyası üçün əhəmiyyətini vurğulayıb.

“Böyük komandan Sultan Alparslan və igid əsgərlərinin ruhu şad olsun. O gün minbərlərdə edilən dualar bu gün də Malazgirt ruhunun yaşadığını göstərir”- deyə o bildirib

O, qeyd edib ki, Türkiyə hər cür maneə və təzyiqə baxmayaraq müstəqil siyasət yürüdür.

“954 il əvvəl Malazgirt düzündə yazılan qəhrəmanlıq dastanından aldığımız güclə gələcəyə yürüyürük. Hər cür təxribata rəğmən böyük və güclü Türkiyə üçün çalışırıq. Bu gün heç bir gücə boyun əyməyən bir Türkiyə var”- deyə Ərdoğan vurğulayıb.

Ərdoğan çıxışında ölkədə başlanan “Terörsüz Türkiyə” təşəbbüsünə də toxunub. Onun sözlərinə görə, milli birlik və qardaşlıq yolunda qısa müddətdə mühüm addımlar atılıb.

“Bütün çətinliklərə baxmayaraq, artıq əməyimizin nəticələrini görəcəyimiz bir dövrə daxil olmuşuq. Xalqımız bu prosesi həm diqqətlə, həm də ümidlə izləyir”- deyə o bildirib.

Seçilən
26
turkic.world

1Mənbələr