AZ

Yaşa görə pensiya alanların sayı 17 faiz azalıb - 15 ildə 146 min nəfər...

Son illərin statistik məlumatları göstərir ki, Azərbayanda yaşa görə pensiya alanların sayı kəskin azalıb.

Hurriyyet.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu tendensiya 2010-cu ildən bəri özünü davamlı şəkildə göstərir.

Belə ki, əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, hazırda 712 min nəfər civarındadır. Təxminən 15 il ərzində 146 min nəfərlik və ya 17 faizlik azalma baş verib. 

Qeyd edək ki, son illər sosial siyasət çərçivəsində tətbiq edilən yeni qaydalar və pensiya təyinatı mexanizmlərinin sərtləşdirilməsi müəyyən qrup insanın pensiya sistemindən kənarda qalmasına səbəb olub. Xüsusən də pensiya yaşının mərhələli şəkildə artırılması bir çox insanın daha gec pensiyaya çıxmasına gətirib. Məlumat üçün qeyd edək ki, iyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin pensiya yaşı isə 65 yaş olaraq məyyən edilib. Üstəlik, son illərdə miqrasiya faktorunu da nəzərə almaq lazımdır - xaricə köçən vətəndaşlar, xüsusilə də orta yaş və yaşlı nəsil, ölkədəki pensiya statistikasına az da olsa təsir edib.

İllər üzrə həmin azalmanı təqdim edirik:

2010 — 858 659 nəfər.

2011 — 831 122 nəfər.

2012 — 812 771 nəfər.

2013 — 800 547 nəfər.

2014 — 791 263 nəfər.

2015 — 785 068 nəfər.

2016 — 781 238 nəfər.

2017 — 781 957 nəfər.

2018 — 778 057 nəfər.

2019 — 756 136 nəfər.

2020 — 742 034 nəfər.

2021 — 716 222 nəfər.

2022 — 707 001 nəfər.

2023 — 696 266 nəfər

2024 — 706,2 min nəfər;

2025 — 712,7 min nəfər.

AzPolitika.info

Seçilən
5
1
hurriyyet.az

2Mənbələr