AZ

Yapon araşdırması: Yaşıl çay içmək demans riskini azaldır

Yapon alimlərinin apardığı son tədqiqat yaşıl çayın Alzheimer xəstəliyinə qarşı müsbət təsir göstərə biləcəyini üzə çıxarıb.
 

Pravda.az bildirir ki, araşdırmaya görə, müntəzəm olaraq yaşıl çay içən yaşlı insanlarda yaddaş pozğunluğunun əsas göstəricilərindən sayılan beyin ağ maddə lezyonlarının daha az müşahidə olunduğu müəyyən edilib.


Mütəxəssislər yaşıl çayın demans riskini təxminən 6 faiz azalda biləcəyini açıqlayıblar. Bununla yanaşı, yaşıl çayın antioksidantlarla zəngin olması iltihabı azaltmaqla yanaşı, hüceyrələri xərçəngdən qoruma xüsusiyyətinə də malikdir.


Digər tədqiqatlar isə gündə 2–4 fincan yaşıl çay qəbul edən insanlarda insult riskinin 24 faizədək azaldığını göstərib.


Həkimlər yaşıl çayın ürək-damar sağlamlığının qorunmasında da mühüm rol oynadığını bildirirlər.


Əminə Bayramova 

Tarix: 26 Avqust 2025, 13:43   
Seçilən
21
pravda.az

1Mənbələr