AZ

Torpaq və obyekt icarəsində risk: “Sata bilər”

Azərbaycanda sahibkarların tez-tez qarşılaşdığı məsələlərdən biri də icarəyə götürülən əmlak və torpaq sahələri ilə bağlı hüquqi vəziyyətdir.

“İcarə haqqında” qanun var və icarə müqaviləsində bütün bütün şərtlər öz əksini tapmalıdır". 

Bunu “Yeni Sabah”a əmlak eksperti Elnur Azadov bildirib. Dominos pizza

"Əgər hər hansı bir investor sərmayəsini icarə sahəsinə yönəldirsə, ora qoyulan vəsait, görülən işlər, tikinti xərcləri və digər investisiyalar, həmçinin reklam, marketinq, hətta "goodwill" (marka dəyəri, imic) kimi məsələlər müqavilədə göstərilə bilər.

Beləliklə, hər bir investor istənilən formada hər hansı bir obyektin və ya biznesin icarəsinə sərmayə qoya bilər. Əsas odur ki, bu prosesə peşəkar mütəxəssislər cəlb olunsun", - deyə ekspert izah edib.

O qeyd edib: "Əsas məsələ qarşı tərəfin bu kimi müddəalarını qəbul etməkdir və ümumiyyətlə, bu, biznesin düzgün dəyərləndirilməsi deməkdir. Əgər investisiya böyük həcmdə aparılırsa və risklər də çoxdursa, bu halda risklərin sığortalanması kimi proseslər də həyata keçirilə bilər. Diqqətin böyük hissəsi aparılan işin və biznesin düzgün qiymətləndirilməsinə, risklərin dəqiq hesablanmasına yönəlməlidir. Bütün bunlar icarə müqaviləsində öz əksini tapa bilər”.

E.Azadov mümkün riskləri belə izah edib:

“Risklərə gəldikdə, məsələn, bəzən kimsə icarə obyektini sata bilər. Bəli, icarə obyektini satmaq mümkündür və istənilən vaxt onun mülkiyyətçisi və ya varisləri, hətta müqavilə uzunmüddətli olsa belə, həmin obyekti satmaq hüququna malikdirlər. Bu halda icarə müqaviləsində xüsusi qeyd oluna bilər ki, obyektin sahibi dəyişsə belə, müqavilənin şərtləri dəyişməz olaraq qalacaq. Digər tərəfdən, əgər obyekt və ya torpaq satılarsa, müqaviləyə uyğun olaraq ora investisiya qoyan şəxsin sərmayəsinin müəyyən hissəsi geri qaytarılmalı, bəzən isə tam şəkildə ödənilməlidir. Hətta bu, cərimə ilə də təmin edilə bilər.

Ən geniş yayılmış praktika isə icarə obyektinin vaxtından əvvəl boşaldılması ilə bağlıdır. Bu məsələlərdə daha çox kirayəçilər çətinliklə üzləşirlər. İstər evlərin kirayəsində, istər obyektlərin icarəsində, istərsə də qiymətlərin artırılması hallarının hamısı icarə müqaviləsində aydın şəkildə göstərilməlidir. Müqavilənin müddəti, qiymət artımı və digər şərtlər sadəcə olaraq düzgün anlaşılmalı, mütəxəssislər tərəfindən dəyərləndirilməli və bütün risklər əvvəlcədən nəzərə alınmalıdır”.

Aytac Əliyeva 


Telegram kanalımız
Seçilən
24
1
yenisabah.az

2Mənbələr