AZ

Avstraliya tarifələr səbəbilə ABŞ-ə göndərilən yüklərin əksəriyyətini dayandırdı

Avstraliyanın milli poçt və yük daşıma şirkəti "Australia Post" ABŞ-nin yeni gömrük qaydalarına görə bu ölkəyə edilən poçt və yük göndərişlərinin böyük hissəsinin bu gündən etibarən dayandırıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, "Australia Post" tərəfindən verilən açıqlamada, ABŞ-nin aşağı dəyərli bağlamalara tətbiq edəcəyi yeni gömrük qaydaları səbəbilə, bu ölkəyə ediləcək poçt və yük göndərişlərinin əksəriyyətinin dayandırılması qərarı alınıb.

Açıqlamada, yalnızca məktub, sənəd və 150 dolların altındakı hədiyyələrin göndərilməsinə icazə veriləcəyi, digər göndərişlərin isə növbəti bildirişə qədər qəbul edilməyəcəyi bildirilib.

Qərarın bu gündən qüvvəyə mindiyi, ABŞ və Puerto Rikoya göndəriləcək əksər məhsulların bu qərara daxil olduğu qeyd olunub.

Açıqlamada həmçinin vurğulanıb: "Vəziyyətin mürəkkəb və sürətlə dəyişən xarakteri səbəbilə müştərilərimiz üçün dayanıqlı həll yolları inkişaf etdirə bilmək üçün müvəqqəti və qismən dayandırma tədbiri zəruri olmuşdur".

ABŞ Prezidenti Donald Trumpın 30 iyulda imzaladığı fərmana əsasən, 29 avqustdan etibarən dəyəri 800 dollardan aşağı olan ixrac mallarına tətbiq edilən gömrük rüsumu azadlığı ləğv olunur. Lakin dəyəri 100 dollardan aşağı olan məktublar, sənədlər və hədiyyələr gömrük vergisindən azad edilməyə davam edəcək.

Seçilən
17
1
operativmm.az

2Mənbələr