AZ

Paytaxtda duru yanacağın qiyməti 43%-ə yaxın artıb

BAKI, 26 avqust. TELEQRAF

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində duru yanacağın qiyməti 2024-cü ilin müvafiq dövrünə nisbətən 42,7% artıb.

Teleqraf bu barədə Bakı şəhər Statistika İdarəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, hesabat dövründə bərk yanacağın qiyməti ötən illə müqayisədə 6,1% artıb.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə duru yanacağın qiymətində artım olmayıb, bərk yanacağın qiymətində isə 5,1% artım olub.

Seçilən
22
2
teleqraf.com

3Mənbələr