Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Köhnə Qaradağ postu istiqamətində yük maşını təhlükə yaradıb.
Avtosfer.az xəbər verir ki, “KamAZ” markalı yük avtomobili həddindən artıq daş yüklənmiş halda yolda sürətli hərəkət edib. Normadan artıq yük daşıyan avtomobilin balansı pozulduğu üçün yolda digər nəqliyyat vasitələri üçün real təhlükə yaranıb.
Hadisə zamanı sürücünün idarəetmədə çətinlik çəkdiyi, avtomobilin dönmə və əyləc anlarında qeyri-sabit hərəkət etdiyi bildirilib. Bu isə həm sürücünün, həm də yolda hərəkət edən digər insanların həyatını risk altına qoyub.
Mütəxəssislər xəbərdarlıq edir ki, yük avtomobillərinə normadan artıq yük yığılması yalnız texniki nasazlıqlara səbəb olmur, həm də yol qəzası ehtimalını qat-qat artırır. Belə hallarda əyləc sistemi düzgün işləməyə bilər, şinlər partlaya bilər və avtomobilin idarəetməsi tamamilə çətinləşir.
Eltac Zülfüqaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.