2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin ümumi həcmi 436,1 milyon ABŞ dollarından çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,62 faiz artım deməkdir. Ötən ilin müvafiq aylarında bu ölkə ilə ticarətin ümumi həcmi 405,3 milyon dollar təşkil edib.
İxrac – idxal:
Azərbaycandan Yunanıstana ixrac: 410 milyon dollar (+11,46 faiz)
Yunanıstandan Azərbaycana idxal: 26,1 milyon dollar (-30,16 faiz)
Cari ilin ilk 7 ayının nəticələrinə əsasən, ölkənin ümumi ticarət dövriyyəsində Yunanıstanla ticarətin payı 1,52 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi