AZ

Qurban Qurbanov: "Ferentsvaroş" çox təhlükəli rəqibdir"

"Ferentsvaroş" çox təhlükəli rəqibdir.

Ölkə.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıdakı görüşə ciddi hazırlaşdıqlarını söyləyib:

"Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı olmalıyıq. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. "Ferentsvaroş" çox təhlükəli rəqibdir. Yaxşı nəticələrimiz oyun üslubuna görə olub. Meydanda bacardığımız etməyə çalışacağıq. Daha çox topa sahib olmaq istəyirik. Futbolu həm azarkeşlər həm nəticə üçün oynayırıq. Vurulan qollar vacibdir. Həm qol vurmağa, həm də nəticə qazanmağa çalışacağıq".

O, psixoloji hazırlığı qabardıb:

"Psixoloji durum vacib detaldır. Futbolçular psixoloji cəhətdən hazır olmalıdırlar. Oyundankənar fikirlərə önəm versək, bu, bizə mane olacaq. Futbolçulara inamım var. Azarkeşlərimiz elə səviyyədədir ki, onlara ancaq təşəkkür edə bilərəm. Hətta az sayda olanda belə, həmişə onlara təşəkkür etmişəm".

Q.Qurbanov qarşılaşmanın fransalı baş hakimi Kleman Tyurpenlə bağlı fikirlərini də bölüşüb:

"Fransalı referinin təyinatı ilə bağlı narazılığım yoxdur. Azərbaycana belə bir hakimin gəlməsi UEFA-nın ciddiliyini, matça verdiyi önəmi göstərir. Hazırda hakimlik elə bir səviyyədədir ki, fikrimizi yayındırmağa ehtiyac yoxdur".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Seçilən
31
18
olke.az

10Mənbələr