AZ

Qurban Qurbanov: “Ferentsvaroş” çox təhlükəli rəqibdir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis bu gün keçirilmiş mətbuat konfransında Bakıdakı görüşə ciddi hazırlaşdıqlarını söyləyib:

“Bizim üçün vacib oyundur. Meydanda soyuqqanlı olmalıyıq. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. “Ferentsvaroş” çox təhlükəli rəqibdir. Yaxşı nəticələrimiz oyun üslubuna görə olub.

Meydanda bacardığımız etməyə çalışacağıq. Daha çox topa sahib olmaq istəyirik. Futbolu həm azarkeşlər həm nəticə üçün oynayırıq. Vurulan qollar vacibdir. Həm qol vurmağa, həm də nəticə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
28
16
bizim.media

10Mənbələr