Bu ilin 1-ci yarımilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 1 601 yeni iş yeri açılıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 615 vahid və ya 62,4% çoxdur.
Məlumata görə, hesabat dövründə Qarabağda 1 040 (87,7% çox), Şərqi Zəngəzurda isə 561 (29,9% çox) yeni iş yerləri yaradılıb.
Dövr ərzində Qarabağ iqtisadi rayonu üzrə yeni yaradılan ən çox iş yeri Xankəndinin (385), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə Laçın rayonunun (244) payına düşüb.