AZ

Gənclərimiz təhsil almaq üçün ən çox bu ölkələri SEÇİR

2024/2025-ci tədris ilinin əvvəlinə olan statistikaya görə, xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı azalmaqdadır.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2024/2025-ci tədris ili üzrə xarici ölkələrin ali məktəblərində dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının ümumi sayı 1 111 nəfər təşkil edib. Bu göstərici 2020/2021-ci ildə 1 975 nəfər, 2015/2016-cı ildə isə 2 398 nəfər idi. Müqayisə göstərir ki, son beş il ərzində bu sahədə ciddi azalma müşahidə olunur.

MDB-yə üzv ölkələrdə hazırda 212 tələbə təhsil alır. Onların əksəriyyəti Rusiya Federasiyası (198 nəfər) və Belarusda (6 nəfər) yerləşən ali təhsil müəssisələrində oxuyurlar. Əvvəlki illərdə MDB ölkələrində təhsil alanların sayı daha çox olub - məsələn, 2010/2011-ci ildə bu göstərici 675 nəfər idi.

Digər ölkələrdə, yəni Avropa, Amerika və Asiya ölkələrində isə bu il 899 nəfər azərbaycanlı dövlət xətti ilə təhsil alır. Ən çox tələbə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında qeyd alınıb - 114 nəfər. Bu ölkə artıq uzun illərdir ki, azərbaycanlı tələbələrin xaricdə təhsil üçün əsas seçimlərindən biridir.

Digər önəmli istiqamətlər arasında aşağıdakı ölkələr yer alır:

Almaniya – 9 nəfər;

Çexiya – 9 nəfər;

İtaliya – 8 nəfər;

Niderland – 8 nəfər;

İsveçrə – 6 nəfər;

ABŞ – 3 nəfər;

Fransa – 3 nəfər;

Kanada – 3 nəfər;

Koreya Respublikası – 3 nəfər.

Seçilən
1
azedu.az

1Mənbələr