AZ

Rövlan Muradov cərrahiyyə əməliyyatı olundu

Futbol üzrə Azərbaycan milli komandasının və “Zirə”nin sağ cinah yarımmüdafiəçisi Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib. Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

Xatırladaq ki, Rövlan Muradov bu yay “Sumqayıt”dan azad agent kimi ayrılaraq “Zirə”yə keçib. 27 yaşlı futbolçunun qəsəbə təmsilçisi ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Rövlan daha öncə “Sumqayıt”, “Qarabağ”, “Qəbələ”, “Slaviya” (Praqa) kimi klublarda da çıxış edib. Azərbaycanın U-19 və U-21 yığmalarında oynamış yarımmüdafiəçiyə hələ əsas millidə debüt etmək qismət olmayıb.

Seçilən
55
arena.az

1Mənbələr