AZ

Mertzdən Rusiyaya sərt XƏBƏRDARLIQ

“Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş baş tutmasa, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları artırmağa hazırdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merts Berlində Kanadanın baş naziri Mark Karni ilə birgə mətbuat konfransında deyib.

"İndi növbə Moskvadadır. Əgər Rusiya lazımi addımı atmasa, təzyiqləri artırmaq lazım gələcək",

- Merts qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı artıq yeni sanksiyalar paketi üzərində işləyir.

“ABŞ prezidenti Donald Tramp da əlavə cəza rüsumlarının tətbiqini istisna etməyib”, - kansler bildirib.

Merts xatırladıb ki, Tramp lazım gələrsə, ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların təşkilini təklif edib. "Bu, məntiqli addım olardı", - deyə kansler əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ukrayna və Avropa liderləri ilə görüşdən sonra Putin-Zelenski görüşünün baş tutacağını elan etmişdi:

“Mən prezident Putinlə prezident Zelenski arasında yeri hələ müəyyən edilməyən görüşün hazırlığına başlamışam. Bu görüşdən sonra biz üçtərəfli görüş keçirəcəyik, bu görüşdə iki dövlət başçısı və mən də iştirak edəcəyik”, - deyə ABŞ lideri bildirmişdi.

Almaniya Kansleri Fridrix Merts isə bildirmişdi ki, Putin ABŞ Prezidenti Trampla telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə yaxın iki həftə ərzində görüşməyə razılaşıb.

Bizim.Media

Seçilən
95
2
bizim.media

10Mənbələr