AZ

FİBA Argentina və Dominikan Respublikasının oyunçularını sərt cəzalandırdı

Beynəlxalq Basketbol Federasiyası (FİBA) Argentina və Dominikan Respublikası milli komandaları arasında, Amerika Kubokunun qrup mərhələsində baş verən kütləvi davada iştirak edən yeddi oyunçunun diskvalifikasiya edib.

90deqiqe.Az sözügedən komandalardan diskvalifikasiya olunan oyunçuların adlarını təqdim edir.

 Dominikan Respublikasının millisinə qarşı aşağıdakı cəzalar tətbiq olunub:

Devid Cons-Qarsiya — iki oyunluq diskvalifikasiya.

Xuan Xerrero və Xuan Suero — bir oyunluq diskvalifikasiya.

Anxel Delqado — bir oyunluq diskvalifikasiya ilə yanaşı, üçillik sınaq müddəti təyin edilib.

Bundan əlavə, Dominikan Respublikası milli komandası 20 min İsveçrə frankı (təxminən 25 min ABŞ dolları) məbləğində cərimələnib, o cümlədən 10 min İsveçrə frankı sınaq müddəti ilə şərti cəza kimi veriləcək.

Argentina milli komandasının üzvlərinə qarşı isə belə cəzalar verilmişdir:

Qonsalo Bressan — iki oyunluq diskvalifikasiya.

Fransisko Kaffaro və Xuampi Vaullet — bir oyunluq diskvalifikasiya. 

Argentina komandasının baş məşqçisi 2 min İsveçrə frankı (təxminən 2,5 min ABŞ dolları) məbləğində cərimələnib, həmçinin ölkənin Basketbol Federasiyası da 20 min İsveçrə frankı məbləğində cəriməyə məruz qalıb, o cümlədən 10 min İsveçrə frankı şərti cəza kimi üçillik sınaq müddəti ilə təyin edilib.

FİBA, belə hadisələrin peşəkar idmanda yolverilməz olduğunu və beynəlxalq yarışlarda nizam-intizamın qorunması məqsədilə müvafiq tədbirlərin davamlı olaraq görüləcəyini bildirib.

Qeyd edək ki, qarşılaşma 83:84 hesabı ilə Dominikan Respublikasının qələbəsi ilə başa çatıb, lakin oyun bitdikdən sonra hər iki komandanın oyunçuları arasında gərginlik yaranıb və kütləvi dava baş verib.

Seçilən
3
90deqiqe.az

1Mənbələr