AZ

"İmişli" heyətinə kolumbiyalı futbolçu cəlb edib

"İmişli" kolumbiyalı müdafiəçi Edvin Banqeranı sıralarına cəlb edib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Sol cinah müdafiəçisi son olaraq Portuqaliyanın II Liqasında “Felqeyraş” klubunun şərəfini qoruyub.

Bunadək o, “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.

Seçilən
42
6
90deqiqe.az

10Mənbələr