AZ

Müəllimlərin sertifikatlaşdırılma prosesinin müsahibə mərhələsi necə aparılır?

Müəllimlərin sertifikatlaşdırılma prosesinin müsahibə mərhələsində qiymətləndirmə bir sıra meyarlar əsasında aparılır.

Xezerxeber.az Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə istinadla qiymətləndirmə meyarlarını təqdim edir:

- proqram üzrə mövzunu təqdimetmə bacarığı;

- təhsilalanları qiymətləndirmə bacarığı;

- özünü təqdimetmə bacarığı;

- pedaqoji prosesi təşkiletmə bacarığı;

- ünsiyyət bacarığı.

Müsahibə mərhələsi maksimum 40 balla qiymətləndirilir.

Xatırladaq ki, avqustun 27-dən etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

Test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

Seçilən
3
2
xezerxeber.az

3Mənbələr