AZ

Zaur Ramazanov: “”Qarabağ”a hücumçu lazımdır”

“Qarabağ” Çempionlar Liqasında əsas mərhələnin bir addımlığındadır. Komanda bu mövsüm hələ ki, məğlubiyyətsiz irəliləyir və play-off mərhələsində “Ferentsvaroş”u məğlub etməklə təkrar qarşılaşma öncəsi böyük üstünlük əldə edib.

Bununla belə komandanın oyununda müyyən problemlər də var. Misal üçün hücum xətti bir az dişsiz görünür. Xüsusən də qolların daha çox yarımmüdafiəçilər tərəfindən vurulması bu zonada yeni oyunçuların olmasını zəruri edir.

“Qarabağ”ın sabiq futbolçusu, futbol veteran Zaur Ramazanov Bizim Media-ya açıqlamasında da Ağdam klubunun hücum xəttini gücləndirməli olduğunu dedi:

“Qarabağ” artıq formalaşmış Avropa səviyyəli bir komandadır. Onların oyunlarına fikir versəniz, nominal hücumçunun rolu o qədər də hiss olunmur. Yəni “Barselona” tərzində oynayırlar. Çox vaxt qolları elə yarımmüdafiə xəttinin oyunçuları vurur. Amma komandaya hücumçu təbii ki, lazımdır. Elə oyunlar var ki, orada hücumçuya ciddi ehtiyac olacaq. Xüsusən də “Qarabağ” əgər Çempionlar Liqasının əsas mərhələsinə düşsə, heyətini gücləndirməlidir.

Hücum mövqeyi isə bu baxımdan daha çox transferə ehtiyac duyur.

Düzdür, son oyunda Musa Qurbanlı qol vurdu. Nəriman yaxşıdır, amma üzərində işləməlidir.

Mən də istəyirəm ki, özümüzünkülər oynasın. Ancaq tək onlarla da iş bitmir. Yaxşı səviyyəli legionerlər alınmalıdır ki, bizi futbolçular da onlara baxıb nəsə öyrənsinlər. Ona görə də “Qarabağ” mütləq yeni hücumçu transfer etməlidir”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
12
1
bizim.media

2Mənbələr