Premyer Liqanın debütantı “İmişli” heyətinə daha bir futbolçu cəlb edib. Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Edvin Banqera ilə 2 illik müqavilə imzalanıb.
29 yaşlı kolumbiyalı oyunçu Portuqaliyanın II liqasında çıxış edən “Falqeyraş” klubundan gəlib. O, bunadək “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi komandaların şərəfini qoruyub.