AZ

"Difai"nin yeni baş məşqçisinin kim olacağı bilindi

1-ci Liqa təmsilçisi "Difai"nin yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu yay komandanın "sükanı arxası"na gətirilən Araz Bağırovla əməkdaşlığa son qoyan klub Hüseynqulu Quliyevlə razılığa gəlib.

Quliyevin təyinatının yaxın günlərdə reallaşacağı gözlənilir. 

Bağırov yoxlama oyununda "Səbail"dən aldılqarı 2:7 hesablı məğlubiyyətin ardından rəhbərliyin qərarı ilə postunu tərk edib. 

Xatırladaq ki, ötən mövsüm 1-ci Liqada 9-cu yeri tutan "Difai" 2-ci Liqanı 4-cü sırada tamamlayan "Quba" ilə pley-off matçına çıxmış, 3:1 hesablı qələbə qazanaraq çempionatdakı yerini qorumuşdu. 

Nihat

Seçilən
12
1
fanat.az

2Mənbələr