AZ

Dünyada "Blokçein" və "Bitcoin" təhsili genişlənir

Dünyanın müxtəlif universitetləri və hökumətləri Bitcoin və blockchain texnologiyalarını tədris proqramlarına daxil etmək üzrə addımlar atır. Bu təşəbbüs tələbələrə rəqəmsal valyutalar və blok zənciri texnologiyalarının əsaslarını öyrətməyi hədəfləyir.

AzEdu.az xarici mənbədən aldığı  məlumata  əsasən xəbər verir ki, prestijli universitetlər - Stanford, MIT və Kolumbiya Universiteti - artıq blokçein sahəsində dərslər və sertifikat proqramları təklif edir. Hökumətlər də bu təşəbbüsləri dəstəkləyərək məktəb və universitet səviyyəsində blokçein və kriptovalyuta təhsilinin genişləndirilməsinə çalışır. Belə proqramlar tələbələrə təhlükəsizlik, innovasiya və iqtisadi dayanıqlılıq mövzusunda praktiki bacarıqlar qazandırmağı hədəfləyir.

Ekspertlər bildirir ki, blockchain texnologiyasının tədris proqramlarına inteqrasiyası tələbələrin gələcək iş bazarında daha rəqabətli olmasına kömək edəcək.

Seçilən
19
azedu.az

1Mənbələr