AZ

Dünyanın ən yaxşı qapıçıları açıqlandı: Birinci kimdir?

“GiveMeSport” portalı futbol tarixinin ən yaxşı qapıçılarının reytinqini yeniləyib.

Publika.az xəbər verir ki, siyahıya futbol tarixində “Qızıl top” mükafatını qazanmış yeganə qapıçı Lev Yaşin liderlik edir. İkinci yerdə əfsanəvi Canluici Buffon, üçüncü pillədə isə “Bavariya”nın lideri Manuel Noyer qərarlaşıb.

İkiqat Avropa çempionu və dünya çempionatının qalibi İker Kasilyas dördüncü, Oliver Kan isə beşinci yeri tutub.

“İlk onluq”da həmçinin Petr Çex, Peter Şmeyxel, Edvin van der Sar, Alisson Bekker və Qordon Benks yer alıb.

Seçilən
12
10
publika.az

10Mənbələr