AZ

Maşından çıxan ağ və mavi tüstü hansı təhlükələrdən xəbər verir? - FOTO

Avtomobilin işlənmiş qazından çıxan tüstü mühərrikin vəziyyəti barədə vacib siqnallar verir. 

Avtosfer.az-ın məlumatına görə, tüstünün rəngi sadəcə texniki nasazlığın yox, ciddi problemlərin göstəricisi ola bilər.

Soyuq havada avtomobili işə salarkən qısa müddətli ağ tüstü normal hesab olunur. Lakin tüstü davamlı olarsa, bu, silindr başlığı contasının yanması və ya soyuducu sızması kimi ciddi nasazlıqlardan xəbər verir. Belə halda mühərrik həddindən artıq qızaraq sıradan çıxa bilər.

Mavi tüstü isə mühərrikin yağ yandırdığını göstərir. Bu, həm yanacaq sərfiyyatını artırır, həm də mühərrikdə ağır zədələrə səbəb ola bilər.

Mütəxəssislər sürücülərə xəbərdarlıq edirlər ki, əgər avtomobilinizdən qatı ağ və ya mavi tüstü çıxırsa, idarə etməyə davam etməyin. Dərhal avtomobili dayandırın və servisə müraciət edin. Bu, həm mühərrikin qorunması, həm də baha başa gələn təmirdən yayınmaq üçün vacibdir.

Eltac Zülfüqaroğlu

Seçilən
20
1
avtosfer.az

2Mənbələr