AZ

Tramp Müdafiə Nazirliyinin adını dəyişmək istəyir

ABŞ Prezidenti Donald Tramp ölkənin Müdafiə Nazirliyinin adını “Müharibə Nazirliyi” olaraq dəyişdirmək niyyətindədir.

Bakues.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüşündə danışıb.

“Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişmək üçün Konqressin aktı tələb olunur. Lakin mən sadəcə bunu etməyə hazırlaşıram. Düşünürəm ki, buna ehtiyac yoxdur, amma lazım gələrsə, Konqress bunu dəstəkləyəcək”, – deyə Tramp bildirib.

ABŞ lideri xatırladıb ki, qurum Birinci və İkinci Dünya müharibələri zamanı həmin adı daşıyıb.

O əlavə edib ki, “Müharibə Nazirliyi” adı daha əzəmətli səslənir.

Seçilən
9
5
icma.az

6Mənbələr