AZ

F1: "Kadillak" komandasının pilotları müəyyənləşdi

BAKI, 26 avqust. TELEQRAF

Növbəti mövsümdən Formula 1-də mübarizə aparacaq "Kadillak" komandasının pilotları müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Kadillak"ın bolidlərini meksikalı Serxio Pereslə finlandiyalı Valtteri Bottas idarə edəcək.

Hər iki pilotun 35 yaşı var. Peres "Red Bull", "Rasinq Point", "Zauber", "Maklaren" və "Fors İndiya" komandalarında çıxış edib. Bottas "Mersedes"in ehtiyat sürücüsüdür.

Seçilən
9
teleqraf.com

1Mənbələr