AZ

Nar ixracının həcmi 38 faizə yaxın artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 4,298 milyon dollar dəyərində 5 min tondan çox nar ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 31,72% və ya 1 milyon 35 min dollar, həcm baxımından isə 37,68% və ya 1,38 min ton çoxdur.

Cari ilin ilk 7 ayında narın ümumi ixracda xüsusi çəkisi 0,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,21 faizə bərabər olub.

Seçilən
35
vergiler.az

1Mənbələr