Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Növbəti mövsümə hazırlaşan 1-ci Liqa təmsilçisi "Ordu" yeni transfer reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu "Araz Naxçıvan"ın oyunçusu Nazim Hüseynovu rənglərinə bağlayıb.
O, Naxçıvan təmsilçisinin U-19 komandasından heyətə cəlb edilib.
Nazim həm futzal üzrə U-19 millisində çıxış edib.
Qeyd edək ki, 1-ci Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. "Hərbçilər" ilk turda debütant "Şahdağ Qusar" ilə qarşılaşacaq.
Mirağa
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.