AZ

İran XİN: 3+3 formatı zamanın sınağından çıxdı

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi yerli mətbuata açıqlamasında dilə gətirib. O söyləyib ki, bu format regiondakı ölkələrlə (Azərbaycan, Ermənistan, Gürcüstan) Cənubi Qafqazı əhatələyən dövlətlər (Rusiya, Türkiyə, İran) arasında məsləhətləşmələr aparılması məqsədilə yaradılıb. "Bu mexanizm xüsusən Azərbaycan ilə Ermənistan arasında münaqişənin həllinə töhfə verib, beləliklə, artıq özünü doğruldub. Region ölkələri belə qənaətə gəliblər ki, format aktiv qalmalı, mübahisələrin həllində, eyni zamanda, kənar qüvvələrin müdaxiləsinin qarşısının alınmasında onun effektivliyini artırmaq məqsədilə səylər göstərilməlidir", – mətbuat katibi vurğulayıb. Xatırladaq ki, dünən İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında da diqqətə çatdırıb ki, sözügedən format Cənubi Qafqazdakı problemlərin həllində effektiv mexanizmdir. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
azvision.az

3Mənbələr