AZ

Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avqustun 26-da Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində şəhərin maddi-texniki bazası güclənib, paytaxt yeni inkişaf mərhələsinə qədəm qoyub.

Onun sözlərinə görə, bu gün strukturlar öz funksional vəzifələrindən asılı olmayaraq vahid orqanizm kimi çalışmalıdırlar. Mövcud imkanlar daha səmərəli və əlaqəli fəaliyyət göstərməyə şərait yaradır və qarşıdan gələn mövsümə hazırlıq işləri də bu yanaşma ilə icra olunmalıdır.

İclasda paytaxtda aparılan abadlıq-quruculuq, kommunal xidmətlər, yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə olunub və bu işlərin sürətləndirilməsi tapşırılıb.

Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlıq, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
40
bakivaxti.az

10Mənbələr