ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 90-YC-261 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığının yanmasına əhəmiyyət verməyərək hərəkətinə davam edib. Bu zaman görüntünü qeydə alan avtomobilin yoluna çıxaraq ona təhlükə yaradıb.
Ərazidə təhlükəsiz şəhər kamerasının olmasına baxmayaraq, sürücülər qayda pozmaqdan çəkinmirlər. Əksinə, məsuliyyətsizlik edərək hərəkət iştirakçılarına qəza şəraiti yaradırlar.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.