"Bu oyunun mahiyyətinin fərqindəyik.
Hazırlqılarımızı buna uyğun tamamlamışıq, sabah bizi ilk oyundan da çətin matç gözləyir.
Amma görüşə hazırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə edək".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasının təsnifat mərhələsinin "Ferentsvaroş"la cavab görüşündən öncə keçirilmiş mətbuat konfransında deyib.
O, ÇL-in liqa mərhələsində oynamaq şansından da danışıb:
"Bir azərbaycanlı üçün bu, çox böyük uğurdur. Bununla yanaşı, artıq 2 dəfə pley-offda oynamışam.
Sadəcə, keçə bilməmişik. Bu barədə təcrübəliyik.
Sabah oyuna daha sakit yanaşırıq. Keçən oyundan sonra iki toplu üstünlüyü nə qədər tez arxadan qalxa biləcəyini bilirik.
Ona görə də maksimum tərzdə sakitik. Sabah soyuqqanlı olmağa çalışacağıq".