AZ

İşləyir, amma özünün xəbəri yoxdur – Vətəndaşın başına gələn qəribə hadisə

“Çox güman ki, həmin şəxsin şəxsiyyət vəsiqəsini hər hansı bir vasitə ilə əldə ediblər".

Bu sözləri "Yeni Sabah"a vəkil Emil Aslanov deyib.

O, Qəbələ sakini Fərhad Bayramovun başına gəlmiş hadisəni şərh edib. Marqarita pizza

Vətəndaş heç yerdə işləmədiyi halda, elektron hökumət portalında bağbanlıq etməsi və 150 manat maaş aldığı barədə qeydlə üzləşib. “İşlədiyi” şirkətin harada yerləşdiyini belə bilməyən Fərhad Bayramov bildirib ki, rəsmi iş yerində adı olduğundan onu başqa yerlərdə işə götürmürlər.

O, bildirib ki, bu kimi hallar bəzən bank kreditlərində də özünü göstərməkdədir:

Emil Aslanov məsələyə izah verib: "Belə şeylər bəzən baş verir. Şəxsiyyət vəsiqəsini əldə edib onu işə götürür və maaşı da özləri mənimsəyir. Vətəndaş belə bir vəziyyətlə qarşılaşarsa, müraciətlə işdən azad oluna, həm də, tutaq ki, 4 il müddətində işə girə bilməyibsə, dələduzluq edən şəxslərdən həmin müddətin kompensasiyasını tələb edə bilər”. 

Vəkil əlavə edib: “Belə hadisələr bank sahəsində də olur. Hazırda onlayn qaydada banklardan pul götürmək mümkündür. Şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsi ilə bankdan hər hansı bir məbləğdə kredit götürülür.

Belə hallar zamanı da eyni formada zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edir və krediti götürən şəxs aşkar olunur. Vətəndaş ona dəymiş ziyanı və ödənişləri məhkəmə qaydasında qarşı tərəfdən tələb edə bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
10
1
yenisabah.az

2Mənbələr