AZ

Universitetlərdə təqaüd alan tələbələrin sayı ARTIB

Dövlət ali təhsil müəssisələrində əyani təhsil alan və dövlət təqaüdü ilə təmin olunan tələbələrin sayı ildən-ilə artır.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024/2025-ci tədris ilinin əvvəlində dövlət ali təhsil müəssisələrində əyani təhsil alan tələbələrin ümumi sayı 195 216 nəfər olub.

Onlardan 105 961 nəfəri, yəni 54,3%-i dövlət təqaüdü ilə təmin olunub.

Bu göstərici əvvəlki illərlə müqayisədə ciddi artımı nümayiş etdirir. Məsələn, 2005/2006-cı ildə əyani təhsil alan tələbələrin 44%-i təqaüd alırdı (35 436 nəfər), 2015/2016-cı ildə bu rəqəm 37,4%-ə düşmüşdü (46 754 nəfər), olub.Lakin 2020/2021-ci ildən etibarən artım müşahidə olunur və 2024/2025-ci ildə bu göstərici son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Ən son tədris ilində dövlət ali məktəblərində əyani təhsil alan hər 10 tələbədən təxminən 5-i təqaüd alır. Bu, dövlətin təhsilə və tələbələrə verdiyi önəmi və dəstəyi açıq şəkildə ortaya qoyur.

Seçilən
0
azedu.az

1Mənbələr