“Bavariya” “Çelsi”nin hücumçusu Nikolas Ceksonla şəxsi müqavilə şərtlərində anlaşma əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya nəhəngi hazırda London klubu ilə transfer məbləği üzərində danışıqları davam etdirir. Həm futbolçu, həm də hər iki klub keçidin reallaşmasında maraqlıdır.
23 yaşlı seneqallı forvard bu mövsüm “Çelsi”nin heyətində hələ meydana çıxmayıb. Onun ingilislərlə müqaviləsi 2033-cü ilə qədər qüvvədədir.