AZ

Ağstafada meşə yanğını - ətraf rayonlardan qüvvə cəlb olundu

Ağstafa rayonunda meşə sahəsində yanğın başlayıb.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində qeydə alınıb.

Yanğının söndürülməsinə ətraf rayonlardan əlavə qüvvə cəlb edilib. Ümumilikdə 7 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Çox sayda canlı qüvvə əsasən Qazax, Tovuz və Ağstafa rayonlarından əraziyə cəlb olunub.

Qeyd edək ki, Hayvalı adlanan meşə sahəsindən əsasən qışlaq kimi istifadə olunur.

Seçilən
6
2
olke.az

3Mənbələr