AZ

Traktor qəzası: 1 uşaq ölüb, 1 uşaq yaralanıb

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə Balcıdamı kəndində qeydə alınıb. Məlumata görə, Z.A. (48) idarə etdiyi 64 LS 686 dövlət nömrə nişanlı traktorla tarlasına ot yükləyərkən texnika qəfil hərəkətə gələrək aşıb. Qəza zamanı traktorda olan 7 yaşlı T.A. yaralanıb, 10 yaşlı Ayşe A. isə ağır xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları cəlb olunub.

Yaralılar Banaz Dövlət Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq Ayşe A.-nın həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
30
Ajans.az

1Mənbələr