1995-ci ildən 2025-ci ilin mart ayınadək olan dövrdə ABŞ-dən Azərbaycana ümumilikdə 18,9 milyard, o cümlədən neft-qaz sektoruna 17,4 milyard, qeyri-neft-qaz sektoruna isə 1,5 milyard ABŞ dolları həcmində sərmayə qoyulub.
Bu barədə Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, ölkəmizdə sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində 300 ABŞ investisiyalı kommersiya qurumu qeydiyyatdadır. Onlardan 220-si aktiv fəaliyyətdədir.