AZ

“Qalatasaray”lı məşhur göstərdi ki, hətta "Qarabağ"ı da...

Saşa İliçlə bağlı narahatlığım ilk gündən mənə hakim kəsilib.

Səbəblər də yox deyil.

Amma Qəbələ toplanışının son günlərində müsbət işartıları hiss etməyə başladım.

"Kəpəz" üzərindəki parlaq qələbə bunun davamı idi. Amma bölgə klubunda başverənlərə görə 3:0-lıq üstünlüyü qabartmamağın tərəfdarı idim.

"Qarabağ" səfərində 3 xal qazanmaq artıq səssizliklə qəbul edilə bilməz.

Ağdam klubunun ağır Macarıstan səfərindən qayıtması, qarşıda "Ferentsvaroş"la önəmli cavab görüşünün olması "Kimyaçılar"a ümid verirdi.

"Qarabağ"ı udmaq üçün bundan yaxşı fürsət?

İliçin komandası ələ düşən imkanı maksimum dəyərləndirə bildi.

Serbiyalıda diqqətimi çəkən bir də əsas məqam yerli uşaqlara, akademiya yetirmələrinə güvənməsidir.

Səhv yadımda qalmayıbsa, son 20 dəqiqəni 6 azərbaycanlı ilə keçirdi.

Özü də xala-xətir meydana buraxmır, onlara güvənir.

Bəhanəçilərə göstərir ki, nəinki yerli uşaqlarla oynamaq olar, hətta "Qarabağ"ı da məğlub etmək olar.

Bizim çempionatda startdan çox şey asılıdır.

Bu dönəmdə əldə olunan xallar gedişatda çox dada çatır.

Görünən odur ki, 47 yaşlı mütəxəssis bura elə-belə gəlməyib.

İndi qalır uğurlu startı sabitliyə çevirmək.

XANOĞLAN İMANOV

Seçilən
29
sportinfo.az

1Mənbələr