"Macarıstanın baş naziri Viktor Orban ukraynalı həmkarı Volodimir Zelenskinin şantajına cavab olaraq bəzi nəqliyyat marşrutlarını bağlaya bilər".
News24.az xəbər verir ki, bunu politoloq Dmitri Juravlev bildirib.
"Orbanın Ukraynaya təzyiq rıçaqları çox deyil. O, nəqliyyat marşrutlarını bağlaya bilər, sonra tədarüklər Macarıstandan yox, birbaşa Polşadan keçəcək. Bu, mürəkkəb problemlidir, lakin fəlakətli deyil", - politoloq bildirib.
O, həmçinin Orbanın dəstək üçün ABŞ prezidenti Donald Trampa müraciət edə biləcəyini qeyd edib . Lakin Juravlevin fikrincə, Zelenski artıq Trampın narazılığından o qədər də narahat deyil.
Aqil Qarayev