AZ

Yenidən premyer-liqada oynayacaq

“Everton” heyətini yeni oyunçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Liverpul klubu “Sauthempton”dan Tayler Diblinqi transfer edib. Premyer-liqa təmsilçisinin rəsmi saytının məlumatına görə, Taylerlə 4 illik müqavilə imzalanıb. Transferin dəyəri 40,5 milyon avro təşkil edib. “Everton” müəyyən şərtlər daxilində daha 5 milyon avro bonus ödəyəcək.

Diblinq ötən mövsüm premyer-liqada keçirdiyi 33 matçda 2 qol vurub. Onun komandası “Sauthempton” bu liqada sonuncu yeri tutaraq 2-ci diviziona düşüb.

Seçilən
9
football-plus.az

1Mənbələr