AZ

Nazir: Minsk Qrupunun ləğvi barədə 1 sentyabrda qərarın qəbulu gözlənilir

Nazir:

Ümumilikdə ABŞ-da sülh sazişin imzalanması əvəzinə məhz paraflanması Azərbaycanın mövqeyinin ardıcıllığını ortaya qoyur.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti əsasında irəli sürülmüş ATƏT Nazirlər Şurasının qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbulu üçün lazımı prosedurları dəstəkləməyə çağırılıblar: "Artıq qərarın 1 sentyabr 2025-ci ildə qəbul edilməsi gözlənilir".

Seçilən
33
21
1news.az

10Mənbələr