Dortmund “Borussiya”sı “Çelsi”nin yarımmüdafiəçisi Karni Çukvuemekanı birdəfəlik heyətinə qatıb.
İdmanxeber.az xəbər verir ki, alman klubu 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Çukvuemeka ötən mövsümün ikinci yarısını Dortmund təmsilçisində icarə əsasında keçirmişdi.
Gənc oyunçu bu müddətdə bütün turnirlərdə 17 matçda forma geyinib və 1 qola imza atıb.