AZ

Fransa növbədənkənar seçkilərə gedə bilər

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada növbədənkənar parlament seçkiləri keçirilə bilər.

525.az  “Reuters”ə istinadən xəbər verir ki, Baş nazir Fransua Bayru parlamentdə öz hökumətinin etimad səsverməsinə çıxarılması təşəbbüsünü irəli sürüb.

Baş nazirin niyyətini elan etməsindən sonra əsas müxalifət qüvvələri tez bir zamanda onun və rəhbərlik etdiyi hökumətin əleyhinə səs verəcəklərini açıq şəkildə bildiriblər.

Fransanın ədliyyə naziri Jerald Darmanin deyib ki, hökumət kompromis həll yolu tapmaq üzərində çalışsa da, parlamentin növbəti dəfə buraxılması ehtimalı istisna edilə bilməz.

Maliyyə naziri Erik Lombar isə öz növbəsində hökumətin süqutundan qaçmaq üçün hələ də müxalifətlə razılığa gəlməyə ümid etdiyini, lakin həm sağ, həm solçu partiya liderlərinin bunun baş vermə ehtimalının az olduğunu açıq şəkildə ifadə etdiklərini söyləyib. Lombar hökumətin etimad səsverməsini qazanması üçün mübarizə aparacağına söz verib: "Bizim məsuliyyətimiz razılığa gəlməkdir, çünki ölkənin büdcəyə ehtiyacı var".

Fransada keçirilən rəy sorğuları göstərir ki, növbədənkənar seçkilər təyin olunarsa, yeni parlamentin bölünməsi ehtimalı var, heç bir siyasi qüvvə mütləq çoxluğa malik deyil.

Hökumətə etimad səsverməsinin sentyabrın 8-də, parlamentdə 2026-cı il büdcə layihəsinin müzakirəsindən əvvəl keçiriləcəyi gözlənilir.

Bayru hökumətinin qənaət tədbirləri, o cümlədən dövlət büdcəsində 43 milyard avrodan çox xərclərin azaldılması təşəbbüsü narazılığa səbəb olub. Baş nazirin iki bayram gününün ləğvi və onların iş günü elan edilməsi təklifi xüsusn etirazlara gətirib çıxarıb, fransızların 80 faizindən çoxu buna qarşıdır.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr