Ankarada təbii fəlakət sığınacaqlarının tikintisinə başlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb.
Bildirilib ki, layihə dövlət mənzil tikintisi idarəsi tərəfindən həyata keçirilir və respublikanın bütün əyalətlərində sığınacaqlar tikiləcək.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə hökumətinin son iclaslarında mülki müdafiə tədbirlərinin gücləndirilməsi məsələsi qaldırılıb.
Əksəriyyəti çoxmənzilli yaşayış binalarının zirzəmisi və ya çoxmərtəbəli yeraltı dayanacaqlardan ibarət mövcud sığınacaqların fövqəladə hallarda əhalinin mühafizəsi üçün müasir tələblərə cavab vermədiyi barədə fikir bildirilib.
Bununla əlaqədar, Türkiyənin yerləşdiyi bölgənin xüsusiyyətləri nəzərə alınmaqla, ölkə daxilində sığınacaq infrastrukturunun yenilənməsi barədə qərar qəbul edilib.
Şəfa Hüseynli
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta