AZ

Toplanışın son 5 günündə 3 yoxlama oyunu keçirdik Vüqar Nadirov hazırlığı dəyərləndirdi

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

2-ci Liqa təmsilçisi "Şəmkir" dünən avqustun 15-dən start verdiyi təlim-məşq toplanışını yekunlaşdırıb. Komandanın baş məşqçisi Vüqar Nadirovla əlaqə saxlayıb hazırlıq barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əslində, məşqlərə daha əvvəl başlasaq da, 15 günlük toplanışda futbolçuların fiziki durumunu yaxşı vəziyyətə gətirməyə çalışdıq. Səhərlər Şəmkirdə, axşamlar Göygöldə məşq edirdik. Bizim üçün bu mərhələdə ən vacib olan oyunçuların formaya düşməsi idi. Toplanışın son beş günündə üç yoxlama oyunu keçirdik. Düşünürəm ki, bu toplanış komanda üçün faydalı alındı. Təbii ki, hələ çempionata tam hazır olduğumuzu deyə bilmərəm. Görüləcək işlər çoxdur".

Qeyd edək ki, "Şəmkir" avqustun 20-də "Ağstafa Gəncləri" (10:0), 22-də "Turan Tovuz"un U-19 komandası (5:0), 25-də isə "Göygöl" ilə (3:1) sınaq qarşılaşmalarına çıxıb.

Nihat  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
fanat.az

2Mənbələr