AZ

Günəşdə ikinci ən böyük partlayış oldu

Günəşdə əvvəlki iki ayda baş verən ən böyük partlayışa bərabər və sondan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb.

Gundem.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

"Günəşdə yeni güclü partlayış Bakı vaxtı ilə saat 9:25-də qeydə alınıb", - deyə məlumatda bildirilib.

Rentgen şkalasında hadisənin balı M4.52 təşkil edib. Tədqiqatçılar qeyd ediblər ki, gecə ərzində ulduzun aktivliyi artıb və mövcud tendensiyalardan çıxış edərək, 24 saat ərzində ən yüksək X səviyyəsini keçməlidir.

Bundan əlavə, alimlərin sözlərinə görə, sutka ərzində aktiv günəş mərkəzləri yerdəyişmə edib və onların bir hissəsi Günəş-Yer xəttindən 50 dərəcə məsafədə yerləşir. /Oxu.Az

Seçilən
25
9
gundem.az

10Mənbələr